İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqor qadına təcavüz etməkdə ittiham olunub.
Ucnoqta.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.
Məlumata görə, insident Milli Basketbol Assosiasiyasının (NBA) final seriyasında Mayami Hit və Denver Naqqets komandalarının dördüncü oyunu zamanı baş verib. Zərərçəkənin vəkili Ariel Mitçel bildirib ki, irlandiyalı kişilər otağında zorakılıq hərəkətləri edib.
Qeyd olunur ki, qız hadisə barədə polisə məlumat verib, lakin hazırda məhkəmədə iddia qaldırmağı planlaşdırmır. Ehtimal ki, o, Makqreqor komandası ilə münaqişəni həll etmək istəyir. İdmançının nümayəndələri bu ittihamları yalan adlandırırlar.