İyunun 13-nə keçən gecə Krasnoyarsk diyarının Taymır bölgəsində üç yaşlı qız atası tərəfindən təsadüfən güllələnib.
Ucnoqta.az xəbər verir ki, Krasnoyarsk diyarının prokurorluğu hadisənin baş vermə səbəblərini araşdırır.
Faciə Nosok kəndindən 80 km aralıda yerləşən Deryabino balıqçılıq məntəqəsində baş verib. Region Prokurorluğunun mətbuat xidməti xəbər verir ki, kişi ov tüfəngini boşaldarkən ehtiyatsızlıqdan üç yaşlı qızını vurub.
Başından və belindən xəsarət alan qız xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olmayıb.