Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Rayonun Aşağı Kürkənd kənd sakini, 1988-ci il təvəllüdlü Səmədov Bəhruz Ələsgər oğlu velosipedlə hərəkətdə olarkən avtomobil onu vurub.
Xəstəxanaya çatdırılan velisopedçi aldığı xəsarətlərdən orda ölüb.
Faktla bağlı araşdırma aparılır.