Türkiyənin İstanbul şəhərində İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" komandaları arasında Çempionlar Liqasının final oyunu keçirilib.
Ucnoqta.az xəbər verir ki, oyunun ilk hissəsi qolsuz bərabərliklə yekunlaşıb. Qarşılaşmanın 68-ci dəqiqəsində "Mançester Siti" Rodrinin qolu ilə önə keçib - 1:0.
Oyun bu hesabla da sona çatıb.
Beləliklə, “Mançester Siti” tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub.
Qeyd edək ki, “Mançester Siti” 1/8 finalda Almaniyanın “RB Leipzig” klubunu (1:1, 7:0), 1/4 finalda “Bavariya”nı (3:0, 1:1), 1/2 final turnirinin hazırkı qalibi "Real Madrid"lə dueldə (1:1, 4:0) qalib gəlib.
UEFA Çempionlar Liqası
Final
10 iyun
23:00. "Mançester Siti" (İngiltərə) - "İnter" (İtaliya) - 1:0
Qol: Rodri, 68
Baş hakim: Şimon Marçinyak (Polşa)
İstanbul, Atatürk Olimpiya Stadionu