Ucnoqta.az
www.ucnoqta.az

"Mançester Siti" tarixində ilk dəfə Çempionlar Liqasının qalibi oldu

00:55 - 11 İyun 2023 tarixində dərc olunub.

Türkiyənin İstanbul şəhərində İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" komandaları arasında Çempionlar Liqasının final oyunu keçirilib.

Ucnoqta.az xəbər verir ki, oyunun ilk hissəsi qolsuz bərabərliklə yekunlaşıb. Qarşılaşmanın 68-ci dəqiqəsində "Mançester Siti" Rodrinin qolu ilə önə keçib - 1:0.

Oyun bu hesabla da sona çatıb.

Beləliklə, “Mançester Siti” tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub.

Qeyd edək ki, “Mançester Siti” 1/8 finalda Almaniyanın “RB Leipzig” klubunu (1:1, 7:0), 1/4 finalda “Bavariya”nı (3:0, 1:1), 1/2 final turnirinin hazırkı qalibi "Real Madrid"lə dueldə (1:1, 4:0) qalib gəlib.

UEFA Çempionlar Liqası
Final
10 iyun

23:00. "Mançester Siti" (İngiltərə) - "İnter" (İtaliya) - 1:0
Qol: 
Rodri, 68
Baş hakim: Şimon Marçinyak (Polşa)
İstanbul, Atatürk Olimpiya Stadionu

Müəllif: Ucnoqta.az redaksiyası