İyunun 10-də 23 radələrində Kürdəmir rayonunda 1977-ci il təvəllüdlü Müşfiq Cümşüd oğlu Məmmədovun odlu silahdan açılan atəşdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Əlavə məlumat veriləcəkdir.