Yuxarı Şirvan kanalında batan gəncin meyiti tapılıb

13:32 - 10 İyun 2023 - HADİSƏ

Yuxarı Şirvan su kanalında batan gəncin meyiti tapılıb.

 

"Report" xəbər verir, Ağdaş rayonunun Orta Ləki kənd sakini Kərimli Samir Mirzə oğlunun meyiti rayonun Bulaqotağı kənd ərazisindən, yəni suda batdığı yerdən təqribən 300-400 metr məsafədə aşkarlanıb.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Araşdırma aparılır.

Qeyd edək ki, 2006-cı il təvəllüdlü S.Kərimli ötən gün Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisindən keçən hissəsində batmışdı.

Xəbər xətti