Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin sonuncu görüşü 9 saat davam edib.
Ucnoqta.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib
Overçuk qeyd edib ki, onun nəticələrinə görə, əsas məqamlar - dəmir yolunun haradan keçəcəyi, gömrük nəzarətinin necə aparılacağı ilə bağlı razılaşma var:
“Bu, adi bir dəmir yolu olacaq. Heç kim heç bir şəkildə Ermənistanın suverenliyini şübhə altına almır. Və hər tərəfdən blokun açılması prosesinə mümkün qədər tez başlamaq üçün bir əhval-ruhiyyə var" - o, əlavə edib.