Kazanda boks üzrə Tatarıstan yığmasının üzvü Malik Qaptriyev idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə piyada keçidində piyadanı vuraraq öldürüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Mash İptash Telegram kanalı məlumat yayıb.
Məlumata görə, 18 yaşlı tələbə və idmançı ağ rəngli “Mersedes”ində qara "BMW" markalı avtomobillə yol hərəkəti qaydalarını pozaraq yarışıb. Bu zaman piyada işıqforun qırmızı işığında "zebra"ya daxil olub. Zərbədən piyadanın cəsədi “Mercedes-Benz”in qabaq şüşəsini qırıb.
Bildirilir ki, “Mercedes” sürücüsünün atası iş adamıdır, anası isə Tatarıstanın Ticarət və Sənaye Palatasında çalışır.