Latviya siyasi reklamlarda rus dilini qadağan etməyə hazırlaşır

16:53 - 8 İyun 2023 - DÜNYA

Latviya Seymi seçki kampaniyasında rus dilindən istifadəni qadağan etmək niyyətindədir

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Latviya Seyminin Dövlət İdarəetmə və Özünüidarə Komissiyası seçkiqabağı təşviqatda rus dilindən istifadənin qarşısını alacaq “seçki kampaniyası haqqında” layihə hazırlayıb. Məlumata görə, söhbət hələlik yalnız ödənişli siyasi reklam üçün məhdudiyyətlərin tətbiqindən gedir, yəni siyasətçilər hələ də təşviqat görüşlərində seçicilərlə rus dilində ünsiyyət qura biləcəklər.

Qeyd edildiyi kimi, qanun layihəsində yeni qaydaların KİV-də, açıq və qapalı yerlərdə, kitab və xəbər bülletenlərində siyasi reklamlara təsir edəcəyi nəzərdə tutulur. Dəyişikliklərə uyğun olaraq, bütün təşviqat materialları yalnız latış və latqal dillərində paylanmalıdır - bu qayda internetdəki reklamlara da aiddir.

Eyni zamanda, Aİ səviyyəsində seçkilər zamanı Avropa İttifaqının rəsmi dillərinin seçki kampaniyasına daxil edilməsində dəyişikliklərə icazə verilir. Bununla belə, qanun layihəsinə görə, assosiasiyanın dillərində olan materiallar Latviyanın dövlət dilində olan mətnlə birlikdə təqdim edilməlidir.

Xəbər xətti