Gəncə şəhərində avtomobil qəzası nəticəsində ağır xəsarət alan şəxs bir gün sonra xəstəxanada dünyasını dəyişib.
"Report"un məlumatına görə, şəhər ərazisində yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində xəsarət alan, 1984-cü il təvəllüdlü Vahid Salahov bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, avtomobil qəzasında daha bir nəfər, 1975-ci il təvəllüdlü Bayram Bağırov da xəsarət alıb. Onun müalicəsi davam edir.
Faktla bağlı araşdırma aparılır.