Çexiya Ukrayna tanklarını modernləşdirir

07:29 - 7 İyun 2023 - DÜNYA

Çexiyanın "VOP CZ" zirehlərə texniki qulluq şirkəti naməlum sayda Ukrayna T-64 tanklarını modernləşdirir.

Ucnoqta.az "RİA Novosti"yə istinadənxəbər verir ki, bu barədə ChTK agentliyinə şirkətin direktoru Mark Şpok bildirib.

Onun sözlərinə görə, təkmilləşdirilən tankların sayı “təhlükəsizlik məqsədilə” açıqlanmayıb.

"Tanklar optik müşahidə cihazları, müasir rabitə vasitələri və s. ilə təchiz olunacaq", - Şpok bildirib.

O, əlavə edib ki, tanklar onilliklər ərzində anbarda olub, ona görə də onların əsaslı təmirə ehtiyacı var.

Xəbər xətti