Qazın qiyməti kəskin artıb

16:42 - 31 May 2023 - İQTİSADİYYAT

Norveçdəki LNG zavodunda sızmadan sonra Avropa qaz birjası qiymətləri 10% bahalaşıb

Ucnoqta.az xəbər verir ki, bunu ICE London Fond Birjasının məlumatları sübut edir. Məlumata görə, Norveçdə mayeləşdirilmiş təbii qaz (LNG) zavodunun bağlanması ilə bağlı xəbərlərdən sonra Avropada qazın qiyməti kəskin artıb.

Mayın 31-də TTF indeksi üzrə iyul fyuçerslərinin ticarəti min kubmetr üçün 282 dollar civarında açılıb. Müəssisədə problemlər barədə KİV-in məlumatından sonra qazın qiyməti hər min kubmetr üçün 304,8 dollara yüksəlib.

Xəbər xətti