Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın gələcəkdə şəxsi görüş keçirmək niyyətlərini təsdiqləyiblər
Ucnoqta.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov deyib. Peskov bildirib ki, Putin və Ərdoğan telefon danışığında yaxın gələcəkdə şəxsi görüş keçirmək niyyətlərini təsdiqləyiblər.
"Həqiqətən də Putin zəng edib Ərdoğanı seçkilərdəki qələbəsi münasibətilə təbrik edəndə prezidentlər yaxın gələcəkdə ikitərəfli görüş keçirmək niyyətlərini təsdiqlədilər. Onun harada və dəqiq nə vaxt olacağı, qrafiklər nəzərə alınmaqla razılaşdırılmalıdır. Amma belə bir görüşə hazırlaşdığımızı anlamaq olar”, - Kremlin sözçüsü bildirib.