“Bir dəfə çox hörmətli, nüfuzlu və böyük imkanları olan bir adam məni ofisinə dəvət etdi. Dedi ki, mənim çəkdiyim filmlərə, layihələrimə baxıb, çox bəyənib. Bizimlə iş görmək istəyir”.
Lent.az-ın xəbərinə görə, bu fikirləri komediya ustası, aktyor və rejissor Elməddin Cəfərov qatıldığı komediya proqramlarından birində səsləndirib.
“Adamla gələcək layihələrdən danışdıq. Bir az susdu. Dedi ki, mən zayam. Mən də mat qaldım ki, kişi niyə özünə zay deyir. Dedim, yox, ay müəllim, niyə zay olursuz? Siz çox yaxşı adamsız. O da üzümə bir az hirslə baxıb qayıtdı ki, deyirəm mən zayam. Mən israr etdikcə, kişi də deyir, zayam. Axır lap hislə dedi ki, zayam zay. Mən də dedim, hirslənməyin, zaysız zaysız da. Zay olun. Müəllim bir əsəbləşib, bir qızarıb, gəl görəsən.
Soruşdu ki, a kişi sən hardan gəlmisən? Mən zay demirəm, demək istəyirəm ki, “ya za rabotı s vami”, yəni sizinlə işləməyə tərəfdaram. “Za”yam demək istəyirmiş, mən zay anlamışammış. Necə utandım, dilə gətiriləsi deyil. İş də baş tutmadı ”, - aktyor danışıb.