"Hörmətli, mədəniyyət naziri, böyrəyimi satıram"
Ucnoqta.az xəbər verir ki, bunu kinorejissor, aktyor Kənan MM sosial şəbəkə hesabında Mədəniyyət Nazirliyinə müraciətində yazıb.
"Hörmətli, mədəniyyət naziri, böyrəyimi satıram. Film çəkəcəm. Qarabağın azadlığı haqqında. Sizdən pul istəmirəm. Sadəcə orda birdən tanıdıqlarınızdan kiməsə böyrək lazım olar. Bu arada içmirəm, çəkmirəm, mal təmiz maldır”,- deyə o, qeyd edib.
Aktyorun bu paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən də maraqla qarşılanıb.