Kiyevdə məhkəmə sədri Milli Qvardiyanın əsgərini maşınla vurub

12:31 - 26 May 2023 - HADİSƏ

Kiyev vilayətinin Makarovski rayon məhkəməsinin sədri Aleksiy Tandır Ukraynanın paytaxtında yol qəzası törədib.

Ucnoqta.az “Ukrayinska Pravda”ya istinadən xəbər verir ki, onun vurduğu Ukrayna Milli Qvardiyasının hərbçisi aldığı xəsarətlərdən dünyasını dəyişib.

Nəşrin məlumatına görə, insident cümə günü gecə baş verib. Ölən əsgər Beresteyski prospektində quraşdırılan postda növbətçi olub.

Hadisəni törədən sürücü həbs edilib. Nəşrin məlumatına görə, qəza zamanı o, sərxoş vəziyyətdə olub.

Xəbər xətti