Qalada avtomobilin vurduğu velosipedçi ölüb

08:57 - 25 May 2023 - HADİSƏ

Bakıda avtomobil velosipedçini vuraraq öldürüb.

APA xəbər verir ki, hadisə Xəzər rayonu, Qala qəsəbəsində qeydə alınıb. 1965-ci il təvəllüdlü İsmayılov Azər İslam oğlu idarə etdiyi “Ford Transit” markalı avtomobil ilə yolu keçən velosipedçi, 1979-cu il təvəllüdlü Əbilov Daməd Mirələm oğlunu vuraraq öldürüb.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər xətti