Azərbaycan Ordusunun əsgəri faciəli şəkildə ölüb.
Ucnoqta.az xəbər verir ki, yaxınlarının Lent.az-a verdiyi məlumata görə, hadisə Daşkəsəndə qeydə alınıb.
20 yaşlı hərbi qulluqçu Məmmədli Davud Fuad oğlu xidmətdə olarkən ildırım vurması nəticəsində dünyasını dəyişib.
Allah rəhmət eləsin!