İtaliyalı futbolçu Qabriele Qallani Amsterdamda kanala düşərək ölüb
Ucnoqta.az xəbər verir ki, bu barədə “ParmaToday” məlumat yayıb. Hollandiya polisi Amsterdamda gecə gəzintisi zamanı kanala düşən italyan futbolçu Qabriele Qallaninin ölümü ilə bağlı araşdırmalara başlayıb.
Mayın 20-nə keçən gecə 24 yaşlı idmançı bir çox gecə klublarının yerləşdiyi Kloveniersburqval ərazisində gəzərkən yoldaşlarından geri qalaraq, kanala düşüb.
Xilasedicilər, o cümlədən dalğıclar, təcili tibbi yardım maşınları və aviasiya maşınları hadisə yerinə gəlib. Ağır vəziyyətdə sudan çıxarılan şəxs xəstəxanaya yerləşdirilib və bir neçə saat sonra orada ölüb.