ABŞ-nın Nyu-York şəhərində “Türk Evi”nə hücum edilib
Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səsvermə prosesinin keçirildiyi və Türkiyənin BMT-nin Daimi Nümayəndəliyi və Baş Konsulluğunun yerləşdiyi "Türk evi"nə hücum edilib. Hücum zamanı binanın ön şüşələri qırılıb.
Daxil olan məlumata görə, saat 03.14 radələrində naməlum şəxs əlində dəmir lomla binanın aşağı mərtəbəsində bəzi pəncərələri sındırıb.
Nyu York Polisi hadisə ilə bağlı araşdırma başladıb.