Bakıda evlərdən və avtomobildən 28 000 manatlıq oğurluq edilib.
Ucnoqta.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Biləcəri qəsəbəsi ərazisində müxtəlif vaxtlarda 7 evdən və bir avtomobildən ümumilikdə 15 900 manat, 1222 lirə, 12 000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Vaqif Hümbətov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.