Hindistanda cehiz kimi kondisioner almayan bəy toyda gəlini döyüb
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Hindistanın Uttar Pradeş ştatında bəy gəlinin cehiz kimi kondisioner almadığını öyrəndikdən sonra toyda onu vurub.
Toy mayın 11-də baş tutub. Gələcək həyat yoldaşları toy mərasimi çərçivəsində səhnəyə qalxaraq gül çələngləri mübadiləsi aparıblar.
Bundan sonra bəy gəlinin valideynlərinin yeni evlənənlərə kondisioneri cehiz kimi verməmək qərarına gəldiyini bilib və əsəbiləşib.
Qəzəblənən gənc sevgilisini vurub, o, səhnədən yıxılıb və huşunu itirib.
Bundan sonra yeni evlənənlərin ailələri arasında kütləvi dava düşüb - çoxlu qonaq xəsarət alıb. Daha sonra ailə başçıları toyu ləğv etmək qərarına gəliblər.