Naxçıvanda ağır qəza: Ölənlər var

15:08 - 21 May 2023 - HADİSƏ

Naxçıvan-Batabat magistral yolunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə magistral yolun Vayxır kəndindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində 1982-ci il təvəllüdlü Zahid Zəfərov və 1971-ci il təvəllüdlü Bəxtiyar Şirinov ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti