Salyanda ev yandı

10:09 - 21 May 2023 - HADİSƏ

Salyan rayonunun Aşağı Kürkənd kəndində ümumi sahəsi 100 m² olan kürsülü, birmərtəbəli, 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti