İspaniyada Hərbi Hava Qüvvələrinin sərgisi zamanı F-18 qırıcısı qəzaya uğrayıb.
Ucnoqta.az El Mundo-ya istinadən bildirir ki, pilot katapult etsə də, ayağından xəsarət alıb.
Məlumata görə, qəza pilot Saraqosadakı aviabazaya gedərkən və manevrləri yerinə yetirərkən baş verib. Qırıcı hərbi düşərgənin ərazisinə düşüb, bundan sonra yanğın başlayıb. Qəzanın səbəbləri hələlik məlum deyil. Pilot xəstəxanaya yerləşdirilib, həyatı üçün təhlükə yoxdur.