Oğuzda rəngsazı elektrik cəryanı vuraraq öldürüb.
APA-nın məlumatına görə, hadisə Oğuz şəhəri "Gənclik" massivi adlanan ərazidə baş verib.
Evlərdən birində rəngsaz işləyən, rayonun Bayan kənd sakini, 1987-ci il təvəllüdlü Şərif Məhəmməd oğlu Babayevi elektrik cəryanı vurub.
O, hadisə yerində ölüb.
Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.