Bakıda mənzildə 1 nəfərin meyiti aşkarlanıb.
Ucnoqta.az xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
FHN-ə 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.