Gəncədə 41 yaşlı usta bədbəxt hadisə nəticəsində ölüb.
Ucnoqta.az-ın "Qafqazinfo"ya istinadən məlumatına görə, hadisə şəhər ərazisində yerləşən təkər təmiri sexlərindən birində baş verib. Şəhər sakini, 1982-ci il təvəllüdlü Elman Məmmədov işlədiyi sexdə təmir etdiyi təkərin partlaması nəticəsində boğazından xəsarət alıb. O, hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.