Avstraliyanın cənub-şərqində uşaqları daşıyan avtobus və yük maşınının toqquşması nəticəsində 45 ibtidai sinif şagirdi xəsarət alıb
Ucnoqta.az xəbər verir ki, bu barədə ABC radiostansiyası məlumat yayıb. Bildirilir ki, onlardan 18-i xəstəxanaya yerləşdirilib.
Məlumata görə, yük avtomobili yüksək sürətlə ibtidai sinif şagirdlərini daşıyan məktəb avtobusuna çırpılıb, daha sonra avtobus yoldan çıxaraq aşıb. Qəza nəticəsində 18 məktəbli ağır xəsarət alıb, qalanlarına yerindəcə tibbi yardım göstərilib.
Qəzaya görə məsuliyyət daşıyan yük maşınının sürücüsü hadisə yerində həbs edilib.