Xaçmazda qatarla minik avtomobili toqquşdu

23:45 - 16 May 2023 - HADİSƏ

Xaçmazda rayonunda qatarla minik avtomobili toqquşub.

APA-nın məlumatına görə, hadisə rayonun Qusarçay kəndi ərazisində qeydə alınıb. Qorunmayan dəmiryolu keçidini keçməyə çalışan nəqliyyat vasitəsi hərəkətdə olan qatarla toqquşub.

Qəza zamanı xəsarət alan olmayıb. Qəzadan sonra ərazisə nəqliyyat vasitələrinin tıxacı yaranıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər xətti