Bakıda qonşular arasında dava: Bıçaqlanan var

23:33 - 16 May 2023 - HADİSƏ

Bakının Səbail rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Mixail Lomonosov küçəsində baş verib.

1975-ci il təvəllüdlü Abışov Davud Mobil oğlu qonşuluğunda yaşayan şəxslə əlbəyaxa dava zamanı bıçaqlanıb.

Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər xətti