Şabranda kütləvi zəhərlənmə oldu

21:35 - 16 May 2023 - HADİSƏ

Şabranda kütləvi zəhərlənmə olub, 9 nəfər zəhərlənib.

Ucnoqta.az “Report”a istinadən məlumatına görə, Şabran şəhərində fəaliyyət göstərən tikinti şirkətlərindən birinin işçiləri nahar fasiləsi zamanı yedikləri yeməkdən sonra özlərini pis hiss ediblər.

Təcili tibbi yardım briqadasının köməyilə 9 nəfər Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda onların hansı şəraitdə zəhərləndiyi dəqiqləşdirilir.

Xəbər xətti