Binəqədidə ev yanıb

14:16 - 16 May 2023 - HADİSƏ

Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.

FHN-dən verilən məlumata görə, ümumi sahəsi 30 m² olan birmərtəbəli 1 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları, həyətyanı ərazidə 10 m² sahədə məişət tullantıları yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti