Ermənistan və Azərbaycan arasında davamlı sülh mümkündür - Dövlət Departamenti

10:50 - 16 May 2023 - SİYASƏT

Azərbaycan və Ermənistan arasında davamlı sülh mümkündür

Ucnoqta.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin mətbuat katibinin müavini Vedant Patel mətbuat konfransı zamanı Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında Brüsseldə aparılan danışıqların ABŞ-ın ümidlərini doğruldacağı ilə bağlı sualı cavablandırıb.

“Mənim əlavə qiymətləndirməm yoxdur. Aydındır ki, ABŞ bu danışıqlarda tərəf deyildi. Lakin Arlinqtonda apardığımız danışıqların davamı olaraq, iki ölkə arasında davamlı sülhün mümkün olduğu qənaətinə gəlməyə davam etdiyimiz üçün bunların irəliyə doğru mühüm addımlar olduğuna inanırıq”, - Patel bildirib.

Xəbər xətti