Ağdamda 5 otaqlı ev yanıb

09:44 - 14 May 2023 - HADİSƏ

Ağdam rayonunun Sarıcalı kəndində ümumi sahəsi 170 m² olan birmərtəbəli 5 otaqlı evin 4 otağının yanar konstruksiyaları və dam örtüyü 170 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti