Ağcabədidə baş verən qəzada ölənlərin adları məlum olub.
APA-nın xəbərinə görə, Ağdam rayon sakini, 1957-ci il təvəllüdlü Həsənov Oqtay və onun həyat yoldaşı 1956-cı il təvəllüdlü Həsənova Səhər Alı qızı hadisə yerində həyatını itirib.
Hadisə yerinə cəlb olunan FHN-nin Ağcabədi rayon DYMX əməkdaşları sıxılmış vəziyyətdə olan ər və arvadın meyitini çıxararaq adiyyatı üzrə təhvil verib.
Faktla bağlı araşdırma aparılır.
13:57
Ağcabədidə ağır yol nəqliyyat hadisəsi baş verib.
APA-nın xəbərinə görə, hadisə rayonun Qaradolaq kəndi ərazisində qeydə alınıb.
Qəza nəticəsində 2 nəfərin öldüyü bildirilir. Hadisə yerinə təcili tibbi yardım bölməsi və hüquq mühafizə əməkdaşları çağrılıb.
Faktla bağlı araşdırma aparılır.