Şəmkirdə ağır qəza: Xəsarət alanlar var

00:06 - 13 May 2023 - HADİSƏ

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi olub, 3 nəfər xəsarət alıb.

“Report”un məlumatına görə, “Nissan” markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb.

Qəza nəticəsində 1994-cü il təvəllüdlü Qurban Cəbi Oğlu Alıyev, onun əmisi oğulları Elçin Əhməd oğlu Alıyev və qardaşı 1994-cü il təvəllüdlü İlkin Əhməd oğlu Alıyev xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Onlardan İ.Alıyevin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti