Bakıda yaşayış binasında yerləşən mağaza yanıb

09:16 - 12 May 2023 - HADİSƏ

Bakıda mağazada yanğın olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 240 m² olan mağazanın yanar konstruksiyaları 40 m² sahədə yanıb.

"Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə məlumatda bildirilib.

Xəbər xətti