Beş dünya çempionatında iştirak edən ilk futbolçu Antonio Karbahal vəfat edib
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyası məlumat yayıb. Meksika yığmasının sabiq qapıçısı Antonio Karbajalın 93 yaşı var idi. O, futbol tarixində beş Dünya Kubokunda oynamış altı oyunçudan biridir.
Karbahal 1950-ci ildən 1966-cı ilə qədər beş dünya çempionatında oynayan tarixdə ilk futbolçu olub. Bu rekord alman Lotar Matteus tərəfindən qırılana qədər 32 il saxlanıb.
İndi altı belə oyunçu var. Ötən ilin dekabrında Qətərdə rekordu argentinalı Lionel Messi təkrarlayıb.
“Beş Dünya Kubokunda oynayan ilk oyunçu olan Antonio Karbajalın vəfat etməsini böyük kədərlə öyrəndik. Mən onun ailəsinə və itkisinə görə yas tutan bütün meksikalı azarkeşlərə dərin hüznlə başsağlığı verirəm”, - FİFA rəhbəri Canni İnfantino bildirib.
Karbajal bütün karyerasını Meksikada - Real Espana və Leon klublarında keçirib. İki dəfə ölkə çempionatının, bir dəfə kubokun qalibi olub.