Bakıda toyda ər arvadını bıçaqladı

10:50 - 10 May 2023 - HADİSƏ

Bakının Xətai rayonundakı toy mərasimində ailə-məişət zəminində dava düşüb.

Hadisə “Təbrik” restoranında qeydə alınıb.

Belə ki, şadlıq sarayında toy məclisi zamanı 1987-ci il təvəllüdlü Vüsalə Abbasova həyat yoldaşına boşanacağını söyləyib.

Bundan hiddətlənən ər arvadına çoxsaylı bıçaq zərbəsi vurub.

Yaralı ümumilikdə 8 bıçaq zərbəsi xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Fakt üzrə Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinin əməkdaşları araşdırma aparır.///apa

Xəbər xətti