Özbəkistanda yanacaqdoldurma məntəqəsində güclü partlayış olub

10:36 - 10 May 2023 - HADİSƏ

Özbəkistanın Səmərqənd vilayətində yanacaqdoldurma məntəqəsində güclü qaz partlayışı baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Podrobno.uz xəbər verir.

Bildirilir ki, əvvəlcə maye qazın daşınması üçün nəzərdə tutulmuş avtomobil yanıb. Yanğın nəticəsində 3 ədəd “İsuzu” markalı minik avtomobili və maye qaz balonları yanıb.

Partlayışa səbəb stansiyada qazdaşıyıcıdan ehtiyat çənə qazın axıdılması zamanı texniki təhlükəsizlik qaydalarının pozulması olub.

İnsident nəticəsində bir nəfər xəsarət alıb.

Xəbər xətti