“Yeni Klinika”da dava: Qeydiyyatçını döydülər

15:44 - 8 May 2023 - HADİSƏ

“Yeni Klinika”da dava olub.

Lent.az xəbər verir ki, klinikada Elxan adlı şəxs orada qeydiyyatçı işləyən, 1981-ci il təvəllüdlü Anar Məmmədovu döyüb.

Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti