Bank hesabından pul oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb

12:06 - 8 May 2023 - HADİSƏ

Abşeronda bank hesabından pul oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Xırdalan şəhər sakini olan bir nəfərin bank hesabından 2300 manatının oğurlaması barədə polisə məlumat daxil olub.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Xırdalan şəhər sakini V.Tanrıverdiyeva müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti