Salyanda bıçaqlanma olub.
APA xəbər verir ki, rayon sakini, Cəfərov Ərşan Canpolad oğlu Salyan rayon İcra Hakimiyyəti binasının qarşısında yerləşən istirahət parkının ərazisində Quliyev Keran İntiqam oğlunu bıçaqlayıb.
Faktla bağlı Salyan RPŞ-də CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanılıb və K.Quliyev şübhəli şəxs qismində tutulub.