Yaponiyanın qərbində bir məktəbdə 50-yə yaxın şagird qaz sızmasından zərər çəkib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.
Hadisə Osaka prefekturasının Yao şəhərində baş verib. Məişət qazına bənzəyən şübhəli qoxuya görə, məktəb boşaldılıb.
Təcili yardım xidmətlərinin məlumatına görə, ən azı 47 uşaq zəhərlənib. Onlardan üçü xəstəxanaya aparılıb.
Hazırda xilasedicilər hadisə yerindədir.