Sabirabadda 26 yaşlı qadın intihar edib

20:47 - 5 May 2023 - HADİSƏ

Sabirabadda 26 yaşlı qadın intihar edib.

“Report”un məlumatına görə, hadisə rayonun Moranlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1996-cı il təvəllüdlü Cəfərova Fərqanə Salam qızı yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.
İntihar hadisəsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti