Moskva Kiyevin Kremlə dronlardan hücum cəhdinə danışıqla deyil, konkret addımlarla cavab verəcək.
Ucnoqta.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə günü Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.
"Bu, açıq-aydın düşmənçilik hərəkəti idi. Tamamilə aydındır ki, Kiyev terrorçuları bunu "ağalar"ın xəbəri olmadan törədə bilməzdilər" - nazir qeyd edib.