Türkiyənin Balıkəsir bölgəsində Susurluk rayonunda lisey şagirdlərini daşıyan tur avtobusunun yük maşınına çırpılması nəticəsində 33 nəfər yaralanıb.
Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bursa-Balıkəsir şosesində eyni istiqamətdə hərəkət edən avtobus yük maşınına çırpılıb.
Qəzada yaralana avtobus sürücüsü, həmçinin 31 şagird və bir məmurun həyati təhlükəsinin olmadığı bildirilir.