Türkiyədə şagirdlərini daşıyan avtobus yük maşınına toqquşub, 33 nəfər yaralanıb

11:20 - 5 May 2023 - HADİSƏ

Türkiyənin Balıkəsir bölgəsində Susurluk rayonunda lisey şagirdlərini daşıyan tur avtobusunun yük maşınına çırpılması nəticəsində 33 nəfər yaralanıb.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bursa-Balıkəsir şosesində eyni istiqamətdə hərəkət edən avtobus yük maşınına çırpılıb.

Qəzada yaralana avtobus sürücüsü, həmçinin 31 şagird və bir məmurun həyati təhlükəsinin olmadığı bildirilir.

Xəbər xətti